Paşinyan: Yaxın vaxtlarda Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları açılacaq

Yaxın vaxtlarda Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması mütləq baş tutacaq.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Tsaxkadzorda "Dağ-mədən sənayesi" forumunda bəyan edib.
"Əminəm ki, Ermənistan və Azərbaycan arasında təsdiqlənmiş sülh, həmçinin regional infrastrukturların və nəqliyyat kommunikasiyalarının yaxın zamanda mütləq baş tutacaq gözlənilən açılışı dağ-mədən sənayesi üçün daha əlverişli mühitin formalaşmasına kömək edəcək", - o bildirib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.