AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniyada matəm elan edildi

  • + A
  • - A
  • Bu gün, 20:00

    Britaniyada matəm elan edildi

    Böyük Britaniyada Mançester şəhərində sinaqoq yaxınlığında baş verən terror aktı ilə bağlı matəm elan edilib.

    Bu barədə məlumatı “Sky News” yayıb.

    Bildirilib ki, İcmalar Palatasının spikeri Lindsi Hoyl Bakı vaxtı ilə 23:00-a qədər Britaniyanın bütün hökumət binalarında bayraqların yarıya endirilməsi barədə göstəriş verib.

    Telekanal həmçinin qeyd edib ki, ölkənin Baş naziri Kir Starmer həyat yoldaşı Viktoriya ilə birgə hücum baş verən əraziyə gedib. Onlar orada Mançester polisi və yəhudi icmasının nümayəndələri ilə görüş keçirib.

    Xatırladaq ki, oktyabrın 2-də Mançesterdə naməlum şəxs ilk olaraq avtomobilini izdihamın üzərinə sürüb, daha sonra bıçaqla insanlara hücum edib. Nəticədə 2 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb. Polis hadisəni törədən şəxsi zərərsizləşdirib. Onun 35 yaşlı Cihad aş-Şami adlı Suriya əsilli Britaniya vətəndaşı olduğu bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR