Norveçin Oslo hava limanı bu səhər yaxınlıqda pilotsuz üçüş aparatlarını görünməsi barədə məlumat alındıqdan sonra enişləri müvəqqəti dayandırıb.
Bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, bu səbəbdən hava limanına yaxınlaşan bir neçə təyyarənin enişi gecikdirilib və ya başqa hava limanlarına yönləndirilib.
Son həftələrdə Avropanın bir neçə hava limanı dronların görünməsi və hava məkanının pozulması səbəbindən dəfələrlə təzyiq altında olub. Kopenhagen, Oslo və Münhen hava limanlarında oxşar hadisələr baş verib, bu da əlavə yoxlamalar və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.