AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BİR SIRA PARTİYALAR PREZİDENT E.MAKRONUN DA İSTEFASINI TƏLƏB EDİBLƏR

  • + A
  • - A
  • Bu gün, 13:22

    BİR SIRA PARTİYALAR PREZİDENT E.MAKRONUN DA İSTEFASINI TƏLƏB EDİBLƏR

    Fransanın yeni baş naziri Sebastyen Lekornü vəzifəsindən istefa verib. Lekornü cəmi bir gün əvvəl yeni hökumətin tərkibini elan edib.
    Onun əvvəlki hökumət başçısı Fransua Bayrudan qalan heyətdə az sayda dəyişiklik etdiyi bildirilir. Bu, parlamentin əksər deputatının etirazına səbəb olub.
    Lekornü prezident Emmanuel Makronla məsələyə dair müzakirə aparıb, bir qədər sonra Yelisey sarayı baş nazirin istefasını elan edib.

    Lekornü son 2 ildə baş nazir təyin olunan 5-ci şəxsdir.Bir neçə partiya ölkədə erkən seçkilərin keçirilməsinə çağırış edib.
    Hətta, Makronun özünün də istefasını tələb edənlər olub. Makron dəfələrlə rəhbərlik müddəti başa çatmayanadək vəzifədən getməyəcəyini bildirib.
    Qeyd edək ki, onun prezidentlik dönəmi 2027-ci ildə bitəcək.

    Xatırladaq ki, əvvəlki baş nazir Fransua Bayruya Milli Assambleyanın ona etimad göstərməməsi nəticəsində vəzifəsindən istefa verib.
    Bayrunun büdcə planı onun hakimiyyətdən getməsinə səbəb olub. O, ölkənin büdcə kəsiri ÜDM-in 5,8 faizinə çatdıqdan sonra 44 milyard avroluq (51 milyard dollar) qənaət planını təqdim etmişdi. Fransanın dövlət borcu 3,3 trilyon avronu keçib ki, bu da ÜDM-in 114 faizinə bərabərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR