AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QƏZZADA GİROV RAZILAŞMASI ÜZRƏ DANIŞIQLAR BAŞLAYIB

  • + A
  • - A
  • Bu gün, 10:03

    QƏZZADA GİROV RAZILAŞMASI ÜZRƏ DANIŞIQLAR BAŞLAYIB

    İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzadakı bütün girovların azad olunması ilə bağlı yaxın günlərdə razılaşma elan edilə biləcəyini deyib. Bu açıqlama İsrail və Həmas arasında yeni ABŞ planı çərçivəsində Misirdə aparılacaq danışıqlardan əvvəl verilib.

    Qısa bəyanatla çıxış edən Netanyahu danışıqların texniki detalları üzərində işləmək üçün Misirə nümayəndə heyəti göndərdiyini bildirib. O qeyd edib ki, danışıqların bir neçə gün ərzində yekunlaşması hədəflənir.

    Bununla yanaşı, Netanyahu İsrailin Qəzzadan tam şəkildə çıxmayacağını da açıq şəkildə bəyan edib. O bildirib ki, İsrail ordusu hal-hazırda nəzarət etdiyi ərazilərdə qalacaq və Həmas planın ikinci mərhələsində ya diplomatik yolla, ya da hərbi müdaxilə ilə silahsızlaşdırılacaq.

    Baş nazirin bu açıqlaması Həmasın ABŞ-ın təqdim etdiyi planın bəzi maddələrini qəbul etdiyini bildirməsindən sonra verilib.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Həmasın mövqeyini müsbət qiymətləndirib, lakin qrupun “tez hərəkət etməli” olduğunu, əks halda “sülh üçün bütün ehtimalların aradan qalxacağını” deyib. Tramp eyni zamanda İsrailə Qəzzaya hava zərbələrini dayandırmaq göstərişi verib.

    İsrail ordusu isə rəhbərliyin göstərişi ilə ABŞ planının ilk mərhələsi üçün hazırlıqlara başladığını açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR