AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”nı da saxlayıb

  • + A
  • - A
  • Bu gün, 10:07

    İsrail Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”nı da saxlayıb


    İsrail Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”na daxil olan gəmiləri Aralıq dənizində, beynəlxalq sularda saxlayıb.
    İsrail hərbçiləri gəmilərə yaxınlaşaraq göyərtəyə qalxıblar.

    Gəmilərdə qida və tibbi ləvazimatların olduğu bildirilir. İsrail Xarici İşlər Nazirliyi gəmilərin və aktivistlərin saxlanıldığını təsdiqləyib. Gəmi və sərnişinlərin İsrail limanlarına transfer edildiyi vurğulanıb.

    Donanmaya daxil olan şəxslərin sağlamlıqlarının yerində olduğu, onların ən qısa zamanda deportasiya ediləcəyi bildirilib.

    Qeyd edək ki, İsrail qüvvələri bundan əvvəl Qəzzaya yardım aparan “Smud donanması”nı da saxlamış, onun sərnişinlərini deportasiya etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR