Ebola virusuna qarşı vaksin tapıldı
ABŞ və Kanada alimləri Ebola virusunun “qatili”ni hazırlaya bilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, eksperimental vasitə MBP134 adlandırılıb. MBP134 ebolanın üç əsas növünü neytrallaşdıra bilir. Eksperiment dəniz donuzu üzərində aparılıb.
Preparat heyvan orqanizmində virusun yayılmasının qarşısını alıb. Hətta yeni vaksin 3-7 gün ərzində virusa yoluxanlara yardım edə biləcək. Hər kiloqram üçün 25 milliqram lazımdır. Beləliklə, cəmi bir MBP134 iynəsi virusdan orqanizmin müdafiəsi üçün kifayət edəcək.