Həyəcan siqnalı: “Ebola” qayıdır
Artıq bu xəstəlikdən ölənlərin sayı 50 nəfərə çatıb
Konqo Demokratik Respublikasının (KDR) ərazisində qorxunc “Ebalo” virusu yenidən yayılıb. Minval.info xəbər verir ki, bu barədə KDR-in Səhiyyə Nazirliyi açıqlama yayıb.
Nazirliyin iyul ayında apardığı araşdırma nəticələrinə əsasən, ölkənin Şimali Kivu əyalətində yaşayan 120 nəfər xəstədən götürülən qan analizləri nəticəsində onlardan 90 nəfərində “Ebola” xəstəliyi aşkarlanıb.
“Həmin 90 nəfərdən 3-ü ölüb. Beləliklə, “Ebola” xəstəliyindən ölənlərin sayı 50 nəfərə çatıb. Hətta, daha 30 nəfərin də “Ebola”dan öldüyü ehtimal edilir. Bəzi xəstələrdən qan nümunələri götürmək mümkün olmadığı üçün “Ebola”dan ölənlərin sayının daha çox olduğunu demək olar” — deyə KDR SN-in açıqlamasında vurğulanır.
Qeyd edək ki, bu il avqustun 8-dən başlayaraq KDR-də 5773 nəfərdən qan nümunələri götürlərək analiz olunub.