AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna və Rusiyanın qarşılıqlı hücumları nəticəsində ölən və xəsarət alanlar var

  • + A
  • - A
  • Bu gün, 12:12

    Ukrayna və Rusiyanın qarşılıqlı hücumları nəticəsində ölən və xəsarət alanlar var


    Ukrayna və Rusiyanın qarşılıqlı zərbələri nəticəsində hər iki tərəfdən ölən və xəsarət alanlar var. Rusiyanın Xerson vilayətinə hücumu nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.

    Bundan başqa, Rusiya qüvvələri gecə saatlarında Ukraynanın enerji infrastrukturu obyektlərinə hücum edib. Çerniqov səlahiyyətlilərinin məlumatına görə, enerji obyektinin zədələnməsi nəticəsində regionun böyük hissəsi elektrik enerjisiz qalıb.

    Dnepropetrovsk vilayətində beş nəfər xəsarət alıb. Ümumilikdə regionda 29 pilotsuz uçuş aparatı vurulub.

    Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynanın 53 PUA-sının vurulduğunu bildirib. Nijni Novqorod, Stavropol, Volqoqrad və Tambov hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

    Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, Ukraynanın hücumları nəticəsində üç nəfər həlak olub, bir nəfər yaralanıb.

    Bundan başqa, idman-sağlamlıq kompleksinin binası zədələnib və dağıntılar altında insanların qaldığı ehtimal olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR