RUSİYA ODESSAYA HÜCUM EDİB
Rusiyanın OdesSa vilayətinə dron hücumu nəticəsində 5 nəfər yaralanıb. Bunu Ukrayna rəsmiləri bildirib.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə yanğın nəticəsində həm liman infrastrukturu, həm də şəxsi evlər zərər görüb
Alovun söndürülməsi üçün 80-dən çox yanğınsöndürən cəlb olunub.
Hücum nəticəsində 30 mindən çox insan işıqsız qalıb.
Ukrayna ordusu isə oktyabrın 9-na keçən gecə Rusiyanın Volqoqrad vilayətində “Lukoyl- Korobkovskiy qaz emalı zavoduna” zərbə endirib.
Bildirilib ki, nəticədə zavodda yanğın baş verib.
Vilayətin qubernatoru Andrey Boçarov zavoda hücum edilməsini və orada yanğın olmasını təsdiq edib.
Qeyd edək ki, sözügedən zavod Rusiyanın Cənub federal dairəsinin ən böyük müəssisəsi hesab olunur və zavodun istehsal etdiyi bütün məhsullar ixrac edilir.