Ursula fon der Lyayen ikinci dəfə etimadsızlıq votumundan yayınır
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və komissarlar bu il ikinci dəfə parlamentdə etimadsızlıq votumundan yayına bilib və beləliklə, öz vəzifələrində işləməyə davam edəcəklər.
Oktyabrın 9-da Avropa parlamentdə sağçı və solçu fraksiyaların irəli sürdüyü iki etimadsızlıq votumu üzrə səsvermə keçirilib.
Birinci təklif üzrə səsvermədə 179 deputat lehinə, 378 deputat əleyhinə səs verib. İkinci təklif üzrə 383 deputat komissiyanı dəstəkləyib, 133 deputat isə etimadsızlıq votumunun lehinə səs verib.
Əgər iyuldakı analoji prosesin nəticələri ilə müqayisə etsək, o zaman 175 deputat Ursula fon der Lyayenə qarşı etimadsızlıq votumunun lehinə, 360 deputat isə əleyhinə səs verib.