İsrailin müdafiə naziri girovların qaytarılmasından danışıb
İsrail HƏMAS-ın yaxın zamanda girovları azad etməyə razılıq verməyəcəyi təqdirdə, hərbi təzyiqləri artıraraq onu tamamilə məhv etməyə hazırdır.
bunu İsrail müdafiə naziri İsrael Kats mətbuata açıqlmasında bildirib.
"İsrail Müdafiə Ordusu Qəzza şəhərinin mərkəzindədir və hadisələrin inkişafına hazırdır. Əgər HƏMAS girovları azad etməkdən imtina edərsə, Ordu atəşi yenidən gücləndirəcək", - nazir vurğulayıb.
Kats yaxın gələcəkdə ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq bütün girovların dərhal azad edilməsi gözlənildiyini deyib.O qeyd edib ki, HƏMAS və İsrail arasında razılaşma yardımın çatdırılması üçün Qəzza zolağı sərhədində beş keçid məntəqəsinin açılmasını nəzərdə tutur. Həmas ilə bağlı razılaşmaya uyğun olaraq 2 mindən çox fələstinli, o cümlədən ömürlük həbs cəzasına məhkum edilmiş 250 nəfər İsrail həbsxanalarından azad ediləcək. Buna baxmayaraq İsrail xarici işlər naziri Gideon Saar xəbərdarlıq edib ki, HƏMAS ABŞ tərəfindən təklif olunan Qəzza zolağında münaqişənin dayandırılması planının "həyata keçirilməsindən yayınmağa" çalışa bilər. O bu barədə Belqradda serbiyalı həmkarı Marko Curiç ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
Bu arada,İsrail ordusu HƏMAS-la atəşkəs razılaşması çərçivəsində Qəzza zolağından qoşunların qismən çıxarılmasına hazırlıqların başlandığını elan edib.
bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Sitat "Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq və mövcud vəziyyətin qiymətləndirilməsi əsasında razılaşmanın həyata keçirilməsi üçün hazırlıqlara başlanılıb", - məlumatda bildirilib. sitatın sonu
Xatırladaq ki, sentyabrın 29-da Ağ Evdə ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında danışıqlar keçirilib. Danışıqların nəticəsinə əsasən, Qəzzadakı vəziyyətin tənzimlənməsi üzrə 21 bənddən ibarət sülh planı qəbul edilib.