AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Prezidenti Nobel Komitəsinin qərarı ilə razı olmadığını deyib

  • + A
  • - A
  • Bu gün, 17:14

    Rusiya Prezidenti Nobel Komitəsinin qərarı ilə razı olmadığını deyib

    Rusiya Prezidenti Vladimir Putin Nobel Komitəsinin qərarı ilə razı olmadığını söyləyib.

    Tacikistana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında çıxış edən Putin bildirib ki, Nobel Sülh Mükafatı ilə bağlı Komitənin qərarı mükafatın etibarına böyük ziyan vurub.

    "Nobel Komitəsi dəfələrlə sülh üçün heç bir iş görməyənlərə Sülh Mükafatı verib", - Rusiya prezidenti vurğulayıb.

    O, Nobel Komitəsinin nüfuzunu böyük dərəcədə itirdiyini söyləyib: "ABŞ-ın hazırkı prezidentinin Nobel mükafatına layiq olub-olmadığını mühakimə etmək mənlik deyil. Bilmirəm. Amma o, həqiqətən də, illər, hətta onilliklər boyu davam edən mürəkkəb böhranların həlli üçün çox şey edir".

    Putin həmçinin, Ukrayna böhranı ilə bağlı Donald Trampın “sülh üçün səmimiyyətlə səy göstərdiyi” fikrini ifadə edib.(APA)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR