İstanbulda tərsanədə partlayış olub, ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonundakı tərsanədə təmir işləri aparılan gəminin mühərrik otağında partlayış baş verib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı bir işçi ölüb, üç nəfər yaralanıb.
Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.