Ermənistanda yeparxiya rəhbəri iki ay müddətinə həbs olunub - YENİLƏNİB
İrəvanda məhkəmə Araqasotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyanı 2 ay müddətinə həbs edib.
Ermənistan KİV-i xəbər verir ki, bunu vəkil Yerem Sarkisyan bildirib.
Bundan əvvəl yeparxiyanın dəftərxana rəhbəri Qaregin Arsenyanın həbs edildiyi məlum olub.
Onlara, xüsusilə mitinqlərdə iştiraka məcbur etməklə bağlı ittihamlar irəli sürülüb.
Qeyd edək ki, Proşyan Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin qohumudur.