AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Trampla Putin arasındakı görüşü şərh etməyib

  • + A
  • - A
  • Dünən, 21:43

    BMT Trampla Putin arasındakı görüşü şərh etməyib

    BMT ABŞ və Rusiya liderləri arasında planlaşdırılan sammit barədə şərh verməyəcək.

    Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

    Sözçü bildirib ki, qurum baş verənlərlə bağlı xəbərləri izləsə də, şərh verməyəcək:

    "Biz də xəbərləri sizin kimi izləyirik. Kim nə deyir, hadisələr hara gedir, bu barədə açıqlama verməyi planlaşdırmırıq. Biz hadisələrə birbaşa müdaxilə etmirik. BMT-nin mövqeyi aydındır. Biz beynəlxalq hüquqa, BMT-nin müvafiq qətnamələrinə və Ukraynanın ərazi bütövlüyünə uyğun olaraq ədalətli və davamlı sülhə gətirib çıxaracaq istənilən razılaşmanın həyata keçirilməsində kömək etməyə hazırıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR