Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik İsraillə münasibətlərin "mürəkkəb və çətin" olduğunu bildirib.
Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərə açıqlamalar verib.
Belə ki, Qəzzaya humanitar yardım əməliyyatlarını asanlaşdırmaq üçün İsrail rəsmiləri ilə görüşməyə davam etdiklərini bildirən Stefan Dujarrik yardım prosesini sürətləndirmək üçün çalışdıqlarını bildirib.
Həmçinin Dujarrik İsrail rəsmilərinin BMT-nin baş katibi Antonio Quterreş və qurumu tənqid etməsindən sonra ikitərəfli münasibətlərin necə inkişaf etdiyi ilə bağlı suala belə cavab verib: “İsraillə əlaqələr mürəkkəb və çətindir''.
BMT-nin münaqişənin ortasında humanitar yardım çatdırmağa çalışdığını və bunun çox çətin olduğunu ifadə edən Dujarrik deyib: "İsrail ilə əlaqə kanalları açıqdır, lakin əlaqələr hələ də mürəkkəb və çətindir".
Qeyd edək ki, Quterreşin bu səbəbdənmi İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşə bilmədiyi ilə bağlı sualı cavablandıran Stefan Dujarrik bunun yeganə rabitə kanalı olmadığını və yardımların çatdırılması üçün israilli tərəfmüqabilləri ilə demək olar ki, saatda bir əlaqə saxladıqlarını qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.