Ukraynada vağzalda qumbara partladılıb: dörd nəfər ölüb - YENİLƏNİB

Ukrayna Polisi Jitomir vilayətinin Ovruç şəhərindəki dəmiryolu vağzalında qumbara partlaması nəticəsində dörd nəfərin öldüyünü təsdiqləyib.
Qumbaranı 23 yaşlı Xarkov sakini işə salıb.
İlkin məlumata görə, Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları sərnişinlərin sənədlərini yoxlayırdılar.
"Qumbaranı partladan 23 yaşlı Xarkov sakini də həlak olub. Ölənlərdən biri isə sərhəd keşikçisidir", - məlumatda qeyd edilib.
Milli Polis idarəsindən vurğulanıb ki, hazırda 12 nəfərin yaralı olduğu bilinir. Onlar tibb müəssisəsindədirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.