Sarı jiletlilər”in etiraz aksiyaları dövründə 11 nəfər ölüb
Fransada “sarı jiletlilər” hərəkatının ötən il noyabrın 17-dən etibarən keçirdiyi etiraz aksiyaları dövründə 11 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emanuel Makron misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu böhran başlayandan bu yana on bir insan dünyasını dəyişib. Bu itkilərimizdən heç birinin səbəbi asayiş mühafizəsi qüvvələrimizin hərəkətləri olmayıb”, – E.Makron qeyd edib.