Moskvada etiraz aksiyaları: 150 nəfər saxlanıldı
Rusiyanın paytaxtı Moskvada keçirilən etiraz aksiyalarında 150-dən çox şəxs saxlanılıb.
Trend bildirir ki, bu barədə Rusiya DİN açıqlama yayıb.
DİN-nin məlumatında bildirilir ki, paytaxtdakı aksiyalarda 4,5 min nəfər iştirak edib.
İcazəsiz etiraz aksiyaları müxalifətçi Aleksey Navalnının çağırışı ilə keçirilib. Moskva meriyası bu çağırışı təxribat hesab edib. A.Navalnı saxlanılıb.