AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çində biabırçılıq — Qumar borcuna görə qızını internetdə satışa çıxardı

  • + A
  • - A
  • 22-03-2019, 13:43

    Çində biabırçılıq — Qumar borcuna görə qızını internetdə satışa çıxardı















    Çinin şərqindəki Quiyanq şəhərində yaşayan bir şəxs qumar borcunu ödəmək üçün 1 yaşlı qızını internetdə satışa çıxarıb.
    Qumarbaz ata qızını uşağı olmayan bir ailəyə satmaq üçün razılaşıb. Sonra isə qızı ilə birlikdə anasına dəyməyə gedəcəyini deyərək arvadını aldadıb.
    Vanq adlı ana isə qızını anasının yanında qoyduğunu deyən ərinin cavablarından şübhələnərək mobil telefonunu yoxlayıb. O, ərinin qızını satdığı ailə ilə mesajlarını görüb şoka düşüb. Ərinin qumar borcuna görə övladını satdığını eşidən qadın polisə xəbər verib. Qumarbaz ata isə qızını satdığı ailəyə arvadından ayrı yaşadığı üçün qızına baxmağa adam olmadığını deyərək aldatdığı da üzə çıxıb.

    İnsan alveri maddəsi ilə ittiham edilən “ata” məhkəmənin hökmü ilə həbs edilib və həbsxanaya göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR