AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pentaqon 30 ABŞ universitetindən Çin universitetləri ilə əməkdaşlığı yoxlamağı tələb edib

  • + A
  • - A
  • Dünən, 23:05

    Pentaqon 30 ABŞ universitetindən Çin universitetləri ilə əməkdaşlığı yoxlamağı tələb edib


    Pentaqon 30 ABŞ universitetindən Çin universitetləri ilə əməkdaşlığı yoxlamağı tələb edib

    ABŞ Müdafiə Nazirliyi 30 Amerika universitetindən Çin universitetləri və hərbi təhsil müəssisələri ilə tərəfdaşlıqlarını yoxlamağı tələb edib.

    Associated Press-in məlumatına görə, universitetlərə tərəfdaşlıqlar üzrə audit aparmaq və milli təhlükəsizlik üçün təhlükə yarada biləcəyi müəyyən edilən əməkdaşlıqları dayandırmaq üçün iki həftə vaxt verilib. Tələblərə əməl etməyən ali təhsil müəssisələrinin federal maliyyələşmədən məhrum edilə biləcəyi bildirilib.

    Pentaqonun baş texnologiya direktoru Emil Maykl bildirib ki, məqsəd ABŞ vergiödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilən tədqiqatların oğurlanmasının və qanunsuz istifadəsinin qarşısını almaqdır.
    “Milli təhlükəsizliyimizi təhlükə altına atan akademik tərəfdaşlıqlara Müdafiə Nazirliyi dözməyəcək”, – deyə o vurğulayıb.

    Universitetlərin rəsmi siyahısı açıqlanmayıb. Lakin adının açıqlanmasını istəməyən ABŞ rəsmisinin sözlərinə görə, siyahıda Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT) və Cons Hopkins Universiteti də yer alır.
    Qərar Pentaqonun ötən ay tədqiqat və inkişaf sahəsində ABŞ hökuməti tərəfindən maliyyələşdirilən nəticələrin qanunsuz mənimsənilməsi riskini artırdığı hesab edilən 130 xarici təşkilatdan ibarət yenilənmiş siyahını dərc etməsindən sonra qəbul edilib.

    Siyahıya daxil edilən qurumların böyük əksəriyyəti Çinə aiddir. Onların arasında Çin Elm və Texnologiya Universiteti və Çin Hərbi Tibb Elmləri Akademiyası da var. Siyahıda İran və Rusiyanın bir neçə qurumu da yer alıb.

    ABŞ Prezidenti Donald Trampın administrasiyası eyni zamanda Amerika universitetlərinə xarici təsirlərlə bağlı yoxlamaları gücləndirib. ABŞ Ədliyyə Nazirliyi, xüsusilə, Harvard Universitetinin Çinli donorların maliyyələşdirdiyi və amerikalı tələbələrin iştirakını məhdudlaşdıran şərtlərlə təqaüdlər təqdim edib-etmədiyini araşdırır.

    Çinin ABŞ-dakı səfirliyi Vaşinqtonun bu addımlarına etiraz edib. Pekin ABŞ-ın siyasətini “normal elmi, təhsil və akademik mübadilənin siyasiləşdirilməsi” kimi qiymətləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR