Canlı yayım zamanı faciə: Qəzanı çəkən helikopter Los-Ancelesdə alovlara büründü

ABŞ-nin Los-Anceles şəhərində yol qəzasını işıqlandıran “NBC News”a məxsus helikopter faciə ilə üzləşib.
Çatsvort bölgəsində baş verən hadisə zamanı helikopter canlı yayım həyata keçirərkən yerə çırpılıb və alovlanıb. Məlumata görə, helikopterdəki üç nəfər həlak olub.
Hadisədən əvvəl həmin ərazidə yolsuzluq avtomobilinin avtobusa çırpılması nəticəsində iki nəfərin öldüyü ağır yol qəzası qeydə alınıb.
Yayılan kadrlarda qəza yerində konteynerlərin və bir neçə avtomobilin yandığı görünür. Yanğınsöndürənlər alovun söndürüldüyünü bildiriblər.
Hadisə Lurlayn prospekti ilə Nordhoff küçəsinin kəsişməsində, yerli vaxtla saat 19:00-a yaxın baş verib.
Polis helikopterin onlara məxsus olmadığını açıqlayıb. Qəzanın səbəbi və pilotun kimliyi ilə bağlı məlumat verilməyib.
Fakt üzrə araşdırmanı Milli Nəqliyyat Təhlükəsizliyi Şurası aparır.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.