İranın nüvə proqramı üzrə danışıqlar qrupunun keçmiş müşaviri Məhəmməd Mərandi Ukraynanı Küveytdə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumun təşkilində ittiham edib.
Onun iddiasına görə, hücum Kiyevin ABŞ prezidenti Donald Trampın diqqətini cəlb etmək və hərbi imkanlarını nümayiş etdirmək məqsədilə həyata keçirdiyi mümkün «saxta bayraq» əməliyyatı ola bilər.
Mərandi bildirib ki, Ukrayna qüvvələri Yaxın Şərqin müxtəlif bölgələrində, o cümlədən İraqın şimalında və Suriyada fəaliyyət göstərir.
Qeyd edək ki, Küveyt və İtaliya rəsmiləri hücuma görə İranı məsul tutublar. Tehran isə hadisədə iştirakını rədd edib. İranın Romadakı səfirliyi insidentin regionda münaqişəni genişləndirmək və Avropa ölkələrini prosesə cəlb etmək məqsədilə törədilmiş təxribat ola biləcəyini bildirib.
Qeyd edək ki, Ukraynanın hücumu təşkil etməsi barədə iddialar Mərandinin açıqlamalarına əsaslanır və təqdim olunan məlumatda bunu təsdiqləyən müstəqil sübut göstərilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.