AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyəti 5 milyon tona çatıb

  • + A
  • - A
  • Bu gün, 23:41

    Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyəti 5 milyon tona çatıb

    Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin region ölkələri arasında əməkdaşlığın uğurlu nümunəsi olduğunu bildirib.

    Onun sözlərinə görə, layihə çərçivəsində aparılan modernləşdirmə işlərindən sonra dəmir yolunun illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

    İoseliani qeyd edib ki, layihənin bütün iştirakçılarının qarşısında duran əsas məqsəd Orta Dəhlizi vahid nəqliyyat sisteminə çevirməkdir.

    “Bu istiqamətdə artıq konkret praktiki addımlar atırıq. Birgə multimodal nəqliyyat xidmətləri yaradılıb. Eyni zamanda, vahid tarif yanaşmasının tətbiqi, dəmir yolu və dəniz daşımalarının əlaqələndirilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılmış rəqəmsal sistemlərin tətbiqi üzərində işləyirik”, – deyə nazir müavini vurğulayıb.

    Tamar İoselianinin sözlərinə görə, Dünya Bankının son hesabatına əsasən, 2040-cı ilədək Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2023-cü illə müqayisədə dörd dəfə arta bilər. Bununla yanaşı, marşrut üzrə daşınma müddətinin üçdə iki azaldılması gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR