Finlandiyanın idman naziri Mika Poutala Rusiyanın xizəkçisi Natalya Terentyevaya mükafat təqdim etməmək üçün Dünya Kubokunun Finlandiyanın Ruka şəhərində keçirilən mərhələsində qadınlar arasında 10 km məsafəyə yarışın mükafatlandırma mərasiminə qatılmayıb.
Rusiya mətbuatının məlumatına görə, Poutala yarışdan əvvəl rusiyalı idmançılar mükafatçılar sırasında olacağı təqdirdə, onlara mükafat təqdim etməyəcəyini açıqlayıb.
Terentyeva yarışı 25 dəqiqə 38,4 saniyəyə başa vuraraq dördüncü yeri tutub. Qeyd edək ki, Dünya Kubokunda ilk altı yeri tutan idmançılar mükafatlandırılır.
Yarışın qalibi 25 dəqiqə 19,4 saniyə nəticə göstərən isveçli Ebba Andersson olub. Onun həmyerliləri Linn Svahn ikinci, Frida Karlsson isə üçüncü yeri tutublar.
Digər rusiyalı xizəkçi Darya Nepryayeva isə finişə 28-ci çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.