AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təbrizə gedən azərbaycanlı İranda saxlanıldı – ailəsi ondan xəbər ala bilmir

  • + A
  • - A
  • Bu gün, 23:43

    Təbrizə gedən azərbaycanlı İranda saxlanıldı – ailəsi ondan xəbər ala bilmir


    İranda daha bir azərbaycanlı saxlanılıb: yaxınları onun harada olduğunu bilmir

    İranda yaşayan azərbaycanlı Rza İbrahimpur Hərgalan saxlanılaraq naməlum istiqamətə aparılıb.

    İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, o, 2026-cı il noyabrın 23-də şəxsi avtomobili ilə Təbrizə gedərkən İlxçı şəhərində saxlanılıb.

    Ailəsinə yaxın mənbənin bildirdiyinə görə, saxlanılmadan sonra onun yaxınlarına zəng edilərək İlxçı polis bölməsinə gəlmələri və avtomobili təhvil almaları istənilib. Lakin avtomobil ailəyə qaytarılarkən polis əməkdaşları onun vəziyyəti və harada saxlanılması barədə heç bir məlumat verməyiblər.

    Ertəsi gün ailə üzvləri Azərşəhr şəhərində İran Kəşfiyyat Nazirliyinin yerli idarəsinə müraciət ediblər. Orada onlara Rza İbrahimpurun Təbrizə köçürüldüyü və ailəsi ilə əlaqə saxlayacağı bildirilib.

    Lakin indiyədək onun yaxınları ilə heç bir əlaqə qurulmayıb. Ailə üzvləri saxlanılan şəxsin hazırkı vəziyyəti və harada olması barədə məlumatsızdır.

    Məlumata görə, hələlik onun hansı səbəbdən saxlanıldığı və barəsində hansı ittihamların irəli sürüldüyü açıqlanmayıb.

    Qeyd edək ki, Rza İbrahimpur Hərgalan Əcəbşir rayonunun sakini olub, sonradan Azərşəhr şəhərində yaşayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR