AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sürixdə Azərbaycanda qış turizminin inkişaf perspektivləri müzakirə olunub

  • + A
  • - A
  • Bu gün, 13:02

    Sürixdə Azərbaycanda qış turizminin inkişaf perspektivləri müzakirə olunub

    Noyabrın 27-də İsveçrənin Sürix şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə görüş keçirilib. Görüşdə Azərbaycan Turizm Bürosunun, “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələri iştirak ediblər.

    Görüşün əsas məqsədi Azərbaycanda qış turizminin və qış idman növlərinin inkişaf perspektivlərinin müzakirə edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və FIS ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

    Seminar çərçivəsində ölkənin qış turizmi potensialı, dağ-xizək turizminin inkişafı, mövcud infrastrukturun təkmilləşdirilməsi, eləcə də Azərbaycanın beynəlxalq qış turizmi istiqaməti kimi mövqeyinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Müzakirələr zamanı, həmçinin turizmin inkişafına dair dövlət proqramı çərçivəsində qış turizminin inkişaf istiqamətləri, beynəlxalq standartların tətbiqi və aidiyyəti qurumlar arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR