"Referendumdan sonra Almaniya və Avropa Birliyini sürprizlər gözləyir" - Ərdoğan
"Biz ədalət, təhlükəsizlik sahəsində bütün fiziki şərtləri dəyişdirdik. Silahlı Qüvvələr, təhlükəsizlik təşkilatı və kənd qoruyucuları arasındakı əlaqə fərqli nöqtəyə gəldi".
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Ölkə başçısı qeyd edib ki, Türkiyədə hüquqi dövləti devirmək üçün hərəkətə keçən Fətullah Gülənin Türkiyəyə ekstradisiyası hələ də reallaşmayıb: "FETÖ rəhbəri ilə bağlı sənədləri göndərməyimizə baxmayaraq onu geri ala bilmədik. Ala bilmirik. Hələ sənəd göndəririk. Ümumilikdə 4 min 500 dosye Almaniyaya verildiyi halda həmin ölkə PKK terrorçularını Türkiyəyə təslim etmir. Ədalət harada? Yalnız ölkəmizi (ədalətli) görürük" – deyə prezident bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyədən qaçıb gedən hakim və prokurorlar etdikləri səhvlər səbəbindən tərəfsiz və müstəqil məhkəmə tərəfindən mühakimə olunacaqlarını gördükləri üçün ölkəni tərk ediblər.
Türkiyənin dövlət başçısı həmçinin aprelin 16-da keçiriləcək referendumdan sonra Almaniya və Avropa Birliyini (AB) sürprizlər gözləyə biləcəyini də vurğulayıb. O, qeyd edib ki, Türkiyə AB ilə üzvlük danışıqlarını davam etdirir.
"Son vaxtlar Türkiyə prezidenti haqqında diktator barəsində danışan kimi bəhs edirlər. Amma Avropa Birliyinin özündə də demokratiya normaları, insan haqları pozulur" – deyə dövlət başçısı qeyd edib.