Britaniyalı aktyor Maykl Sleqqs xərçəng xəstəliyindən öləcəyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı aktyorun spzlərinə görə, ömrünə lap az qalıb və vəziyyəti gündən-günə pisləşir. Sleqqs son günlərini evdə ailəsinin yanında keçirmək istədiyini deyib.
Aktyorun səhhəti ilə bağlı problem hələ 2018-ci ildən başlayıb. Xərçənglə yanaşı, onun ürək çatışmazlığından əziyyət çəkdiyi məlumdur.
Qeyd edək ki, Sleqqs çəkildiyi sonuncu serialında da xərçəngdən ölən gənc obrazını canlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.