ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərinin almasına qarşıdır. Vaşinqton “S-400” zenit-raket komplekslərinin əldə olunması “ciddi mənfi nəticələrinin olacağı” barədə xəbərdarlıq edir.
Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.
“Bizim S-400 ilə bağlı mövqeyimiz dəyişməyib” -, o, brifinqdə deyib.
Rəsmi nümayəndənin sözlərinə görə, Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə mənfi nəticələrlə üzləşəcək: “Bu nəticələr “F-35″ qırıcı təyyarələrinin proqramında iştiraki ilə bağlıdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.