Amerikanın Tennessi ştatının Naşvill şəhər beynəlxalq hava limanında yedəyə alınan zamanı “Southwest Airlines” aviaşirkətinə məxsus iki təyyarə toqquşub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə WSMV telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə şənbə günü axşam olub. Nəticədə təyyarələrdən biri ikinci hava gəmisinin qanadını zədələyib. Xəsarət alan olmayıb. Qəzadan sonra hər iki təyyarə texniki baxış üçün uçuşdan müvəqqəti çıxarılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.