Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini təkzib edib.
Bu barədə TASS agentliyinə səfirlikdən bildirilib.
“Bu, tamamilə yalandır. Biz bu məlumatı təkzib edirik”, – deyə, səfirliyin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, bəzi xarici KİV-lər məzuniyyətdə olan Qurbanqulu Berdiməhəmmədovun vəfat etməsi ilə bağlı xəbər yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.