Bu Avropa ölkəsinin Azərbaycandakı səfirliyi mayın 17-də bağlanır
Norveçin Azərbaycandakı səfirliyi may ayının 17-dən fəaliyyətini dayandıracaq.
“Mayın 16-sı səfirliyin fəaliyyət göstərəcəyi son gün olacaq. Mayın 20-dən etibarən Azərbaycanla bağlı məsələlərlə Norveçin Ankaradakı səfirliyi məşğul olacaq”, – deyə səfirlikdən İnterfaks-Azərbaycan agentliyinə bildirilib.
Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyinin bağlanması qərarı 2018-ci ilin noyabr ayında elan olunub.
“Norveçin Bakıdakı səfirliyinin bağlaması qərarı təəssüf hissi doğurur, lakin bu, Norveç hökumətinin qərarıdır”, – deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.