Ukrayna məhkəməsi Rusiyanın “Neyma” tankerinə həbs qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın hərbi prokuroru Anatoli Matios bildirib. Onun sözlərinə görə, gəmiyə axtarış zamanı götürülmüş sənədlərlə birgə həbs qoyulub.
“Biz bunu etdik. Nöqtə!”, – deyə Matios bildirib.
Rusiyanın Odessadakı Baş Konsulluğu Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib. Konsulluq “Nika Spirit” tankerinə həbs qoyulması ilə bağlı vəziyyəti izah etməyi tələb edib. Səfirliyin sorğusuna Ukrayna tərəfindən heç bir cavab verilməyib.
Xatırladaq ki, iyulun 25-də Ukrayna Təhlükəsizlik Xidməri Kerç boğazında sonradan adı “Nika Spirit”ə dəyişdirilən “Neyma” tankerini ələ keçirib. Tanker Ukrayna gəmilərinə maneə törətməsi iddiası ilə saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.