“Ukrayna Bosfor boğazını Rusiya gəmilərinə bağlamağı tələb edəcək” – Voronçenko
“Ukrayna Bosfor boğazını Rusiya gəmilərinə bağlamaqda israr edəcək”.
Ordu.az xəbər verir ki, bu barədə bu gün Kiyevdə keçirilən 2-ci Beynəlxalq Dəniz Təhlükəsizliyi Konfransında Ukrayna donanmasını komandanı İqor Voronçenko bildirib.
Onun sözlərinə görə, Ukrayna Monreal Konvensiyasına əsasən Bosfor boğazının Türkiyə Respublikası tərəfindən bağlanmasını tələb edəcək.
“Ukrayna donanmasının komandiri olaraq, xahiş edirəm və əminəm ki, beynəlxalq ictimaiyyət Ukraynaya qarşı təcavüz aktının olduğunu qəbul edir və etiraf edəcək. Bu baxımdan, Monreal Konvensiyasına (Boğazlar Rejimi ilə əlaqədar) görə , biz Bosfor boğazının Türkiyə Respublikası tərəfindən (Rusiya gəmilərinə) bağlanmasını tələb edəcəyik ki, ruslar beynəlxalq hüququ necə pozduqlarını anlasınlar”, – deyə o çıxışında qeyd edib.