ABŞ-ın Kaliforniya ştatının Orinc şəhərində gənc cütlük toy mərasimindən bir neçə dəqiqə sonra sonra dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “CNN” polisə istinadən xəbər verib.
Cütlük avtomobil qəzasında həyatını itirib. Onların avtomobili pikapla toqquşub. Polisin məlumatına görə, bəyin ana və bacısı ölümlə nəticələnən toqquşmanın şahidi olub.
“Mən uşağımın necə öldüyünə baxırdım”, – bəyin anası danışıb.
Onun sözlərinə görə, o, oğlunu avtomobilin salonundan çıxarmağa cəhd göstərsə də, artıq gec olub.
Yol-nəqliyyat hadisəsi nəticəsində pikapın sürücüsü xəsarət almayıb. İnsident yerli polis tərəfindən araşdırılır.