AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: “Trampla “Patriot” mövzusunda bir daha danışacağıq”

  • + A
  • - A
  • 5-09-2019, 09:42

    Ərdoğan: “Trampla “Patriot” mövzusunda bir daha danışacağıq”

    “Beş gün öncə Donald Trampa dedim, siz də bizə “Patriot” satın, amma “S-400”ü Rusiyadan hansı şərtlərlə almışıq, sizdən də o şərtlər daxilində alacağıq. BMT-nin növbəti toplantısında Trampla görüşəndə bu barədə bir daha danışacağıq”.

    APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Sivas konqresi”nin 100 illiyi ilə bağlı keçirilən forumda çıxış edərkən bildirib.

    Ərdoğan deyib ki, Türkiyə hücum silahlarına yox, müdafiə silahlarına üstünlük verməsinə baxmayaraq, müdafiə sistemlərinin alınmasına belə maneə yaradan qüvvələr var: “Bəzilərinin əlində atom bombalı raketlər mövcuddur. İnkişaf etmiş ölkələrin hamısında bu silahdan var. Hətta vaxtilə dövlət başçısı olan biri ilə görüşəndə demişdi ki, 7500 atom bombalı raketləri var, çünki Amerika, Rusiya 12 500, 15 000 belə silah saxlayır, ona görə onlar da istehsal etməyə məcburdu. Amma mən əlimdə atom bombalı düymənin olmasını istəmirəm. Mən belə yarışa girmək tərəfdarı deyiləm. Bir “S-400” olayı oldu, qiyamət qopardılar ki, almayın. Niyə almayaq? Adı üzərindədir, bu müdafiə sistemidir. Bizə müdafiə sistemini belə çox görürlər. Amma aldıq, inşallah, gələn ilin aprelində təhvil-təslim bitəcək”.

    Ərdoğan Türkiyədə İtaliya ilə birgə yüksək döyüş qabiliyyəti olan “Atak” helikopteri istehsal etdiklərini də vurğulayıb. O, hazırda Türkiyədə silahlı, silahsız pilotsuz idarə edilən hava maşınları, ağıllı bombalar istehsal edildiyini də bildirib: “Müdafiəmizi güclü etməyə məcburuq, hazırda 27, 28 saat havada qala bilən pilotsuz hava maşınları nəinki istehsal edirik, həm də başqa ölkələrə ixrac edirik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR