Özbəkistan hökuməti tam tərkibdə istefa verib.
Nazirlər Kabinetinin üzvləri Özbəkistan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq istefa veriblər.
Özbəkistan prezidentinin qərarına əsasən yeni hökumət formalaşdırılana qədər istefa verən hökumətin üzvləri öz səlahiyyətlərini icra edəcəklər.
Yeni baş nazirin namizədliyinə yanvarın 21-i keçiriləcək parlamentin hər iki palatasının birgə iclasında baxılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.