Doctors and relatives wearing protective gear carry the body of a victim, who lost his battle against the brain-damaging Nipah virus, during his funeral at a burial ground in Kozhikode, in the southern Indian state of Kerala, India, May 24, 2018. REUTERS/Stringer
Rusiya vətəndaşı Çində yayılan ölümcül koronavirus diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqda yerləşən Pulkovo hava limanında yoxlanış zamanı bir nəfərdə koronavirusun əlamətləri aşkarlanıb. Bu barədə “Televiziya 78” kanalına Kliniki Yoluxucu Xəstəliklər xəstəxanasının baş həkimi Aleksey Yakovlev məlumat verib. O, Şanxaydan Rusiyaya gələn şəxsin sağlamlıq vəziyyəti haqqında araşdırıldıqdan sonra məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Çində yeni virusdan artıq 17 nəfər dünyasını dəyişib. /Yeniavaz.com/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.