AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan müxalifəti Paşinyan haqqında — Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?

  • + A
  • - A
  • 18-02-2020, 10:41

    Ermənistan müxalifəti Paşinyan haqqında — Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?


    Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb: “Baş aça bilmirəm, siz daha çox patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?”
    AZƏRTAC xəbər verir ki, Aşotyan belə emosional, lakin həqiqətdən heç də uzaq olmayan yazını Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyasının saxtakarlıqlarını ifşa etdiyinə görə yazıb.
    O yazır: “Deməli, Nikol Paşinyanın “Facebook” səhifəsində Merkel ilə Paşinyan arasında dünənki görüşün erməni dilinə tərcümədə yayımlanan videoyazısına baxıram. Sonra Almaniya Kanslerinin rəsmi səhifəsinə daxil oluram və görüşün videoyazısını tərcüməsiz dinləyirəm və nə aydın olur? Angela Merkel öz çıxışında Ermənistanda məhkəmə-hüquq islahatları kontekstində Venesiya Komissiyasını xatırladır, halbuki erməni dilinə tərcümədə bu barədə BİR KƏLMƏ DƏ YOXDUR. Ermənistanın baş nazirinin rəsmi saytında yerləşdirilmiş press-relizdə də bu hissə YOXDUR. Videoya baxın və əmin olun: 00:45-00:50”.

    Ermənistanın “Antifeyk” nəşri yazır ki, bu, rəsmi çıxışların və bəyanatların Ermənistanın baş nazirinin aparatı tərəfindən təhrif olunduğu ilk hadisə deyil.

    Yazıda deyilir: “Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi hələ 2019-cu ilin dekabrında xarici siyasət idarəsinin başçısı Zöhrab Mnatsakanyanın nitqinin erməni dilinə tərcüməsinə çox böyük əhəmiyyət kəsb edən, lakin nazirin ingilis dilində nitqinin ilkin mətnində olmayan cümlə və frazaları əlavə edib (bax: https://antifake.am/ru/news/1209)”.

    Əslinə baxılırsa, bütün bunlardan sonra Ermənistanda saxtalaşdırmalara həvəsin haradan gəldiyinə təəccüblənməyə dəyməz! Əgər dünənin hadisələri belə insafsızcasına saxtalaşdırılırsa, onda daha “çar Tiqran dövrü” barədə nə demək olar? Demək olar ki, o dövrdə cəmi “iki millət” – “ermənilər”... və Azərbaycan Prezidentinin dili topuq çalan “tarixçi” Paşinyana lap yerində verdiyi ipucuya əsasən, “elə yenə də ermənilər” olub.

    Heç nəyə təəccüblənmək lazım deyil. Hazırda acınacaqlı vəziyyətdə olan və bu kompleksdən əziyyət çəkən bir xalqın, əslində, heç bir gələcəyi yoxdur, keçmişi də yoxdur, yəni, bax, bu keçmişi uydurmaq lazımdır. Bax, onda köməyə baş nazirin aparatında çalışan əməkdaşların üslubunda məharətlə və açıq şəkildə “Made in Armenia” leyblı ilə saxlatalaşdırılmış özgə hökmdarlar, özgəsinin irsi, özgəsinin mədəniyyəti və özgəsinin tarixi gəlir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR