Tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib - Paşinyan Qarabağda sayıqladı - VİDEO
Nikol Paşinyan Qarabağda özünü baş terrorist kimi apardı. Bildirdi ki, buranın ağası bizik. O, beynəlxalq jurnalistlərin qarşısında bəyan etdi ki, tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? "Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı100 il belə olmağı arzulayırıq."- Paşinyan belə deyib.
Bu haqda Faktor.az-a fikirlərini bölüşən tarixçi Dilavər Əzimli bildirib ki, o bu sözləri Rusiyanın ağzını yumandan sonra deməyə başladı :"Vaxtilə bağırırdın ki, Ermənistan Avrasiya və Kollektiv Təhlükəsizlik İttifaqından çıxmalıdır, Qarabağ məsələsi ilə bağlı Azərbaycanla danışığa getmək lazımdır. İndi Rusiyanın xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxır. Çünki bir neçə gündən sonra ağası V.Putinin qarşısında təzim edib dayancaqdır. Bu dığaya demək lazımdır ki, iki həftədən artıqdır ki, Rusiya telekanlları Ermənistanın üzərinə yeriyirlər. Bildirirlər ki, bu ermənilər qudurmasınlar, onlara dövləti də biz yaratdıq, onları adam etdik. Rusiya telekanalları 1918-ci ildə ermənilərin Bakıda törətdikləri qətliamları nümayiş etdirdilər. Əslində, hamıya bəllidir ki. Rusiya öz quberniyası olan Ermənistanda qubernator Sərkisyanı yeni qubernator Paşinynala əvəz etdi. Bu dığa Paşinyan yaxşı bilir ki, Ermənistanın Qafqazda bir dövlət kimi qalması Ermənistan rəhbərliyinin Qarabağdan imtina etməsi ilə bağlıdır. Rusiya öz hayındadır. Çöküşə doğru gedir. Onun çökməsi Ermənistanın da yox olmasıdır. Ermənistan güman edir ki, turizmlə, Avropa qrantları ilə aclığın qarşısını alacaqdır. Amma buna ümid bağlamaq absurddur. Paşinyan hələ "kef" edir. Bir azdan qəmə batacaqdır. Çünki Ermənistan iqtisadiyyatını dirçəltmək lazımdır. Ermənilər sürətlə ölkəni tərk edir. Cənab Nikol Paşinyan, darıxma, az qalıbdır! Ermənistanı bir dövlət kimi elə sənin kimilərin hərəkətləri daha tez çökdürəcəkdir!!!"
Bu çıxışla bağlı ilk məlumatı keçmiş kəşfiyyatçı İlham İsmayıl yayıb.