Rusiya üçün bir gündə iki şok: rus diplomat ölü tapıldı
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürüldüyü gecə Moskvada Rusiya Xarici İşlər Nazirliyinin daha bir təmsilçisi evində ölü tapılıb.
Ölən diplomatın Rusiya XİN-in departamentlərindən birinin rəhbəri olduğu deyilir.
Diplomatın mətbəxindən iki güllə və bir tapança tapılıb.
Haqqında heç bir rəsmi açıqlama verilməyən olayın cinayət və ya intihar olduğu araşdırılır.
///lent.az