AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASINDAN 33 İL ÖTÜR

  • + A
  • - A
  • Dünən, 15:51

    YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASINDAN 33 İL ÖTÜR

    Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə agır və keşməkeşli günlərində,ölkənin ciddi sınaqlara məruz qaldıgı dövürdə Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında ziyalılarımızın təşəbbüsü və fəal iştirakları ilə yaradılmışdır.

    Heydər Əliyev xalqın müraciətini qəbul etsə də,onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr törətmələri ucbatından, Partiyanı yaradmaq istəyən insanların bir hissəsi,yəni 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək, Pariyanın təsis Konfransını orada keçirməyə nail oldular.

    Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olundugu Konfrans 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi.Təsis Konfransı zamanı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi , Partiyanın Proqram və Nizamnaməsi qəbul olundu və yekdilliklə Heydər Əliyev Partiyanın sədri seçildi.
    Beləliklə Müsəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiyanı götürən və Xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

    Bu gün Xalqımızın əldə etdiyi bütün nailiyyətlər Müstəqil Azərbaycanın Qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və onun yaratdıgı Yeni Azərbaycan Partiyasının adı ilə baglıdır.
    Fəxarətlə qeyd etməliyik ki,Möhtərəm Prezidenimiz,Ali Baş Komandan,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev, Ulu Öndərimizin həyata keçirdiyi daxili və xarici siyasəti ugurla davam etdirir. Onun apardıgı düzgün siyasət və əməli işlər sayəsində biz artıq Qalib bir dövlətin vətəndaşlarıyıq.



    SƏFALI PAŞAYEV, YAP MASALLI RAYON TƏŞKİLATLNIN SƏDR MÜAVİNİ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR