“Vertolyotla tutub oradan aşağı ataram” - Prezident hədələdi
Filippin başçısı Rodriqo Duterte korrupsiya ilə məşğul olan səlahiyyətli şəxslərə hədə-qorxu gəlib.
azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippin lideri rüşvət alan məmurları vertolyotdan atmaqla təhdid edib. O, “Əgər korrupsiya ilə məşğul olmusunuzsa, sizi vertolyotla tutaram və aşağıya ataram”,-deyib.
Prezident onu da vurğulayıb ki, vəzifəsindən asılı olmayaraq, rüşvət alan hər kəsi bu cəza gözləyir.
Rodriqo Duterte bildirib ki, daha əvvəl də belə bir cəza tətbiq edib. Onun sözlərinə görə, girov götürdükləri şəxsi öldürən cinayətkarları sözügedən formada cəzalandırıb. Lakin prezident bu hadisənin harada və nə zaman olduğu barədə əlavə açıqlama verməyib.