AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putindən pislik: ÜAK-ın ləğvi “Milyarderlər İttifaqı”nı cuşə gətirir - Gərginlik

  • + A
  • - A
  • 16-05-2017, 09:56

    Putindən pislik: ÜAK-ın ləğvi “Milyarderlər İttifaqı”nı cuşə gətirir - Gərginlik

















    2001-ci ildən fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı gözlənildiyi kimi, ləğv olundu.

    Rusiya Federasiyası Ali Məhkəməsi mayın 15-də 16 illik fəaliyyəti olan qurumun işinə xitam verdi. Kremlin siyasi kluarlarının diktəsi olmadan bu qərarın verilməsi mümkün deyildi.

    Bu hökm Rusiya-Azərbaycan arasında ciddi gərginliyə və soyuqluğa səbəb olacaq.

    Rusiya bununla həm də tərəf seçmiş oldu. Yəni söhbət Dağlıq Qarabağ münaqişəsində BMT-nin qəbul etdiyi qətnamələrinmi, beynəlxalq hüquq normalarının tələblərininmi tərəfində dayanmaq, yoxsa Pyotrun vəsiyyətləri ruhunda xristian təəssübkeşliyini müdafiə etmək məsələsində sonuncu xətti seçdi.

    Bu qərar 2018 seçkilərinə hazırlıq kimi də qiymətəndirilə bilər. Hakimiyyət növbəti siyasi təzyiqlə üz-üzə qalıb. Azərbaycanın Rusiyadakı səfirliyi də Rusiya Ədliyyə Nazirliyindən izahat tələb etməlidir.

    Bütün bu prosedurlar həyata keçirildikdən sonra Azərbaycan tərəfi hüquqi normalara uyğun qərar çıxara bilər. Bütün cavablar geniş ictimaiyyətə açıqlanmalı, müvafiq müzakirələr aparılmalıdır. Bundan başqa, Azərbaycandakı Rus İcması da Rusiya rəhbərliyinə sorğu ünvanlamalıdır.

    Ulus.Az-ın Siyasət Şöbəsi yazır ki, Rusiya ilə əməkdaşlığın bütün sahələri ciddi təftiş olunmalıdır.

    Silah alınması üçün başqa ölkələrin axtarışına baş vurulmalıdır. Politoloq Elxan Şahinoğlunun fikrincə, həqiqi müttəfiqlərimizlə əlaqələri genişləndirməli, Avropa İttifaqı ilə qısa müddətdə strateji əməkdaşlıq sazişini imzalamalı, Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmalıyıq.

    Əslində Ümumrusiya Azərbaycanları Konqresinın quruca adı qalmışdı, fəaliyyəti də nəzərə çarpmırdı.

    Bu təşkilatın qeydiyyatı ləğv olunsa da, Rusiyada azərbaycanlıları birləşdirən başqa təşkilatın təsis olunmasına ehtiyac var.

    Ancaq bu dəfə elə etmək lazımdır ki, yeni yaranan qurum işlək olsun və Ümumrusiya Azərbaycanlıları Konqresindən fərqlənsin.

    Kreml Rusiyadan yan keçən TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Buna görə bizi cəzalandırmaq yolunu tutublar. Üstəgəl cəbhə bölgəsindəki artan üstüynlüyümüz Kremli narahat edir.

    Rusiyaya silah alışından 5 milyard dollar xeyir vermişik. Gərək bu xeyri bizə silah satmaq istəyən başqa dövlətlərə verək. Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəçiliyindən də imtina etməliyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR