AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sərkisyan Azərbaycanı vurmaq əmri verdi - Lragir

  • + A
  • - A
  • 26-05-2017, 10:01

    Sərkisyan Azərbaycanı vurmaq əmri verdi - Lragir

















    Ermənistan Prezident Serj Sərkisyan ötən gün Müdafiə Nazirliyində generallarla keçirdiyi məxfi toplantıda müzakirə edilən məsələlərlə bağlı daha bir məlumat yayılıb

    Publika.az-ın xəbərinə görə, “Lragir” saytı görüşdə Ermənistanın daxili və xarici siyasəti, həmçinin, təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu yazıb.

    “Daxili siyasətin müzakirə edilməsində əsas məqsəd Sərkisyanın hakimiyyətini uzatmaq planlarıdır. Ordu bu işdə böyük rol oynayır və güman ki, Sərkisyan 2018-ci ildən sonrakı planlarına ordunu da daxil edib”, - deyə sayt yazıb.

    Sayt qeyd edir ki, görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub: “Qarabağ ətrafında yeni vəziyyət yarandı və müharibənin olması istisna edilmir. Sərkisyan görüşdə ordu rəhbərliyinə Azərbaycana zərbələrin endirilməsi məsələsini də müzakirə edib”.

    Məlumata görə, görüşdə həmçinin, ermənim hərbi birləşmələrinin çoxsaylı itkilər verməsi müzakirə olunub.

    Qeyd edək ki, bundan öncə "Joxovurd" iclasda Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq ictimaiyyətin aktivliyinin artması və son günlər Ermənistan ordusunda qeydə alınan ölüm hallarının müzakirə olunduğunu bildirmişdi.

    Sayt iclasdan sonra kadr dəyişikliyinin həyata keçirildiyini də yazmışdı. Məlumata görə, hərbi polis rəisi Samvel Qukasyan işdən azad edilib. Onun vəzifədən uzaqlaşdırılmasına səbəb kimi erməni əsgərlərin Qarabağda su anbarında boğulması göstərilir.

    Digər bir məlumata görə, Ermənistan Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə Serj Sərkisyanın mühafizə xidmətinin rəis müavini Artur Bağdasaryan təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR