AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kazan düsturu” alınmasa Qarabağda müharibə alovlana bilər - Kritik gün

  • + A
  • - A
  • 28-04-2017, 10:28

    “Kazan düsturu” alınmasa Qarabağda müharibə alovlana bilər - Kritik gün
















    “Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətlidir. Bu görüş Ermənistanın ya münaqişənin “Kazan düsturu” çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcək”.

    Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü Sergey Markov aprelin 28-də Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib.

    “Kazan düsturu” 2011-ci ildə Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Kazanda keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra gündəmə gəlib.

    Bu variant ilkin mərhələdə işğal olunmuş rayonların qaytarılmasını, qaçqınların geri dönüşünü, daha sonra Qarabağın yekun statusunun müzakirə edilməsini nəzərdə tutur. Rusiya bununla öz sühməramlılarını da bölgəyə yerləşdirmək istəyir.

    S.Markov qeyd edib ki, əgər Ermənistan danışıqlar prosesindən yayınsa, bu münaqişə zonasında hərbi variantın gündəmə gəlməsi deməkdir.

    Ulus.Az xəbər verir ki, Ermənistan və İranın müdafiə nazirləri Vigen Sərksiyanla Hüseyn Dehqan arasında görüş olub.

    Görüş Rusiya paytaxtında keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutub. Ermənistan Müdafiə Nazirliyi mətbuat xidməti xəbər verir ki, tərəflər bir sıra məsələləri, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı tənzimləmə prosesini müzakirə ediblər.

    Beynəlxalq təhlükəsizliklə bağlı Moskva konfransı 2012-ci ildən başlayaraq ənənəvi qaydada təşkil olunur. Ancaq Ermənistan və İran müdafiə nazirlərinin tədbirdə bir araya gəlməsi səbəbsiz deyil.

    Belə ki, bir həftə öncə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri və yüksək səviyyədə görüşlər keçirməsi Ermənistanda xüsusi narahatlıq yaratmışdı.

    Şübhəsiz ki, V.Sərkisyanın azərbaycanlı nazirin Tehran görüşündən xüsusi narahatlığı olmasaydı, bir neçə ay öncə İranda görüşdüyü həmkarı ilə Qarabağ məsələsini müzakirə etməyə ehtiyac görməzdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR