Rusiyada bir həftədə üçüncü sui-qəsd — NATO baş müfəttişi qətlə yetirildi
Rusiyanın Türkiyədə fəaliyyət göstərən səfirinin qətlindən və xarici işlər nazirliyinin əməkdaşının ölümündən sonra bu dəfə də NATO baş müfəttişi öldürülüb.
Rusiyanın NATO baş müfəttişi İv Şandelon Belçikada başından güllələnmiş halda tapılıb.
Hadisə 16 dekabr tarixində baş versə də, bu günə qədər şübhəli qətl hadisəsi mətbuatdan gizlədilib. Şandelon NATO-da terrorun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyət göstərirdi.
İvin meyidi Belçikanın Andenn şəhərində avtomobilində tapılıb. Ərazi Şandelonun iş yerindən 140, evindən isə 100 km aralı yerləşir. Şandelon solaxay olsa da, sağ əlində silah olub. Bundan başqa İvin adına qeydiyyatdan keçirilmiş 3 silah olsa da, yanında tapılan silah başqa silahdır. Bu isə sui-qəsd ehtimalını gücləndirir.
Son dövrlər Şandelon qəribə zənglər aldığını bildirirmiş. Sabiq FBT tərcüməçisi Sibel Edmonds bildirib ki, Şandelon öldürüləcəyi təqdirdə yayımlanması üçün oğluna bəzi sənədlər verib. Sənədlər artıq polisə göndərilib. Bundan başqa ekspertlər də məsələnin sui-qəsd olduğunu bildirirlər.