AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvan işğaldakı rayonları boşaldacaq - Şərh

  • + A
  • - A
  • 6-06-2017, 11:09

    İrəvan işğaldakı rayonları boşaldacaq - Şərh

















    Bu ay Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik və hərbi hərəkətliliyin artacağı gözlənilir

    Bu sözləri açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Dağlıq Qarabağ ətrafındakı son hərbi-siyasi prosesləri dəyərləndirərkən deyib. Politoloq bildirib ki, bir neçə gündür düşmənə vurulan ardıcıl zərbələr diplomatik təmasda canlamaya gətirməlidir:

    “İyunun 11-də Astanada Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənilir. Təbii ki, bu görüşdə müzakirə ediləcək əsas məsələ danışıqların hazırkı vəziyyəti olacaq. Sülh prosesinin davam etməsi üçünsə Ermənistanın işğal altında saxladığı bir neçə rayondan hərbi hissələrini çıxartması əsas şərtdir”.

    M.Əsədullazadənin fikrincə, hazırda sülh danışıqlarının aktiv olmamasının məsuliyyətini Rusiya daşıyır:

    “Çünki ötən il aprel ayında baş verən hərbi əməliyyatların dayandırılmasına ciddi səy göstərən və münaqişənin nizamlanmasında təşəbbüsü ələ alan Rusiya oldu. Sülh danışıqlarının real nəticəsi əvəzinə isə Rusiyanın Ermənistana milyardlarla ölçülən külli miqdarda silahı təmənnasız verdiyini müşahidə etdik”.

    Politoloq qeyd edib ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü baş tutub. Bu görüşdə təmas xəttində vəziyyət müzakirə edilsə də, əsasən Ermənistanın ön xəttə ağır artilleriyanı cəmləşdirməsi, Azərbaycanın haqlı iradları Rusiyanın nəzərinə çatdırılıb:

    “İyunun 19-da ATƏT Minsk Qrupunun həmsədrlərinin də regiona səfəri gözlənilir. Bu səfərdə həmsədrlər çalışacaq ki, prezidentlərin görüşünü təşkil etsinlər. Artıq Ermənistanla tələb və şərt şəklində danışmağın vaxtıdır. Hesab edirəm ki, Azərbaycan cəbhdə işğalçıya ciddi təzyiqlər etməklə İrəvanı danışıqlar masasına oturda bilər. Azərbaycanın güclü hərbi təzyiqləri davam edərsə, Ermənistan bir neçə rayonu boşaltmaq məcburiyyətində olacaq”. (Axar.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR